Ana səhifə Gündəm |
Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanla genişmiqyaslı müharibə iddialarında həqiqət payının az olduğu fikrini irəli sürsə də, erməni ictimai-siyasi müstəvisində belə müzakirələr səngimir.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, sərhəddə yeni eskalasiyanın baş verə biləcəyi iddiasını dəstəkləyənlərdən biri də erməni politoloq Sergey Melkonyandır.
Melkionyan iddia edir ki, eskalasiya Mehridən başlayaraq, Cermuka (İstisu-red) qədər üç fərqli istiqamətdə ola bilər.
“Bu proses üç fərqli ssenari üzrə baş verə bilər. Birincisi, İran ətrafında eskalasiyanın yaranmasıdır. İkincisi, ABŞ və Rusiya arasındakı gərginlikdir. Üçüncüsü, Bakının Qərbi Azərbaycan istəyinin icrasının gündəmə gəlməsidir. Fərqli istiqamətlər də nəzərdən qaçmamalıdır, misal üçün, Sevan (Göyçə-red), yaxud Yerasx (Arazdəyən-red). Bu prosesdə Tiqranaşenin (Kərki-red) Azərbaycana təhvil verilməsi ilə üzləşə bilərik. Hesab edirəm ki, bu ssenarilərdə Ermənistan hökuməti Azərbaycanın bütün tələblərini icra edəcək, o cümlədən, azərbaycanlıların geri qayıtması və icma yaratmasına da razı olacaq”, - erməni politoloq iddia edib.
Tarix
2025.01.24 / 10:47
|
Müəllif
Axar.az
|