Ana səhifə Toplum |
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Gənclər üzrə iş şöbəsində aparıcı məsləhətçi işləmiş 1990-cı il təvəllüdlü Məmməd Həsənov həbs edilib.
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl icra hakimiyyətindəki vəzifəsindən uzaqlaşdırılan M.Həsənov məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda ittiham olunub. M.Həsənov Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, məhkəmə zalındaca qandallanıb.
Araşdırmalarla müəyyən edilib ki, M.Həsənov icra hakimiyyətindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra ayrı-ayrı şirkətlərdə çalışıb. Habil İsmayılov adlı şəxsi aldadaraq, onun üçün sosial mənzil almağı təşkil edəcəyi vədi ilə ondan 8600 manat pul alıb. O, pulları internet oyunlarına xərcləyib.
H.İsmayılovun şikayətindən sonra M.Həsənov haqqında cinayət işi açılıb.
Tarix
2025.01.24 / 13:55
|
Müəllif
Axar.az
|