Yuxarı

Palata AQTA-nın fəaliyyətində nöqsanlar aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyinin vә onun tabeli qurumlarının fәaliyyәtlәrinin qәnaәtliliyinin, sәmәrәliliyinin vә nәticәliliyinin qiymәtlәndirilmәsinə dair audit keçirib.

Bu barədə Axar.az-a Palatadan bildirilib.

Qeyd edilib ki, 01.05.2024-cü il tarixә ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız Qazax rayonundakı “Qırmızı Körpü” dövlәt sәrhәdindәn buraxılış mәntәqәsindә nәzarәt-keçid mәntәqәsinin tikilmәsi şәraitindә, qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi istiqamәtindә görülәn tәdbirlәrin operativliyinin tәmin edilmәsi baxımından nәzarәt buraxılış mәntәqәlәrinin әhәmiyyәti nәzәrә alınmaqla, sәrhәd keçid mәntәqәlәrinin әksәriyyәtindә belә nәzarәt-keçid mәntәqәlәrinin olmaması qeyd edilәn istiqamәtlәrdә fәaliyyәtlәrin güclәndirilmәsinin zәruriliyini göstәrib.

Dövlәt Proqramının tәlәbinә uyğun olaraq Agentlik tәrәfindәn “Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı” hazırlansa da, kommunikasiya planın tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaradıb.

Bildirilib ki, “Qida vә yem mәhsullarına sağlamlıq sertifikatlarının verilmәsi Qaydası vә forması” tәsdiq edilsә dә, elektron sertifikat verilmәsi üzrә Agentlik tәrәfindәn müәyyәn edilmiş hәdәflәrә nail olunmaması qeyd olunan istiqamәtlәrdә fәaliyyәtin güclәndirilmәsinin zәruriliyini göstәrib.

Tarix
2025.01.24 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Hikmət Mirzəyev Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Vilayət Eyvazov rəisləri topladı

Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı

PA rəsmisi Türkiyə səfirini qəbul etdi

Oleq Bakinski təkzib etdi: Başına butulka çırpmamışam!

Pakistan prezidenti azərbaycanlı nazirlə görüşdü

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla