
Tramp Afrika ilə bağlı mühüm fərman imzalayacaq
14:23
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin öz əzəli dəyərlərini itirə biləcəyini söyləyib.
Axar.az xəbər verir ki, sahibkar X sosial şəbəkəsindəki səhifəsində milyarder Bill Ekmanın qanunsuz miqrasiyanın ABŞ-ın əzəli dəyərlərinin itirilməsinə səbəb ola biləcəyini iddia edən fikrini dəstəkləyib.
Ekman hesab edib ki, ABŞ ölkəyə milyonlarla qanunsuz miqrantı yoxlamadan buraxır və onları çıxarmaq üçün məhkəmə prosesləri tələb olunur. Məhz bu, demokratik sistemin qorumağa çalışdığı dəyərlərin itirilməsinə səbəb ola bilər.
“Bu, acı həqiqətdir”, – Mask cavab verib.
Daha əvvəl məlum olub ki, ABŞ bir neçə ay ərzində miqrantlarla mübarizəyə 300 milyon dollardan çox pul xərcləyib.
Tarix
2025.04.20 / 10:43
|
Müəllif
Axar.az
|