
Tramp Afrika ilə bağlı mühüm fərman imzalayacaq
14:23
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiyanın Həştərxan şəhərində fərdi evdə baş verən dəhşətli yanğında 4-11 yaş arası 5 uşaq ölüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, uşaqların ölümü ilə bağlı müstəntiqlər araşdırma aparır.
“Araşdırma zamanı müəyyən edilib ki, 2025-ci il aprelin 20-də gecə saat 2 radələrində Həştərxanın Kirov rayonu Olxovskaya küçəsindəki fərdi yaşayış evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra 4-11 yaşlarında olan 5 uşağın meyiti tapılıb”, - məlumatda deyilib.
Bildirilib ki, ölən 4 uşağın anası evdə olmayıb, 1 uşaq isə qonaq gəlibmiş.
Hadisə ilə bağlı araşdırma gedir.
Tarix
2025.04.20 / 12:09
|
Müəllif
Axar.az
|