
ABŞ-da təyyarə qəzası: ölənlər var
13:56
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.
Axar.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.
Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.
Günün maraqla gözlənilən qarşılaşması Bakıda "Zirə" və "Sumqayıt" komandaları arasında oynanılacaq.
Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan "qartallar" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.
Tarix
2025.04.20 / 10:25
|
Müəllif
Axar.az
|