Yuxarı

Tiflisdə üç partlayış xəbərdarlığı - DTX-dən ABŞ-a sərt cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə üç partlayış xəbərdarlığı - DTX-dən ABŞ-a sərt cavab

ABŞ-ın Gürcüstandakı səfirliyi Tiflisdə yerləşən üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı bəyanat yayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin bəyanatında Tiflisdəki “East Point” Ticarət Mərkəzi, “Galleria Tiflis” və “Tiflis Mall” ticarət mərkəzlərində partlayış təhlükəsi ilə bağlı məlumat daxil olduğu qeyd edilib.

Səfirlik əlavə məlumat əldə olunan kimi ictimaiyyətə yenidən məlumat veriləcəyini qeyd edib.

Bəyanatda həmçinin deyilir ki, səfirliyin Regional Təhlükəsizlik İdarəsi əməkdaşlara bu ərazilərdən uzaq durmağı tövsiyə edib.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ABŞ səfirliyinin bəyanatının saxta olduğunu qeyd edib:

“Vətəndaşların təhlükəsiziyi xidmətin başlıca prioritetidir və öz səlahiyyətləri çərçivəsində xidmət bütün zəruri və təcili tədbirləri tətbiq edir. Biz Gürcüstanda akkreditasiyadan keçmiş diplomatik nümayəndəlikləri təhlükəsizliklə bağlı məsul qurumların fəaliyyətlərinə hörmət etməyə və müvafiq qurumlarla razılaşdırılmayan bəyanatlar yaymaqdan çəkinməyə çağırırıq”.

Tarix
2025.05.07 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla