Yuxarı

“Daban testi”nin uşaqlara hansı mənfi təsirləri var?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenidoğulmuşlarda “Daban testi”nin aparılması olduqca yaxşı məlumatdır. Uşaqların sağlam inkişafı üçün bu test vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev Azərbaycanda “Daban testi” müayinə metodunun tətbiqi ilə bağlı danışarkən deyib.

Pediatr hesab edir ki, uşaqların əqli və fiziki inkişafında, bəzi daxili orqanlarda ciddi problemlər yaradan irsi xəstəliklərin vaxtında aşkar olunmasında olduqca vacib testdir:

“Yenidoğulmuşların skrininqi də deyirlər buna. "Daban testi" uşaq həyatının 4-cü (yarımçıq doğulanlarda 7-ci) günündə aparılılan müayinə metodudur. Dünyanın bir çox ölkələrində bu test aparılır. Son vaxtlar bizim valideynlər də maraqlanır. Bir çoxları narahat olur buna görə. Məlumata görə Azərbaycanda da bu testin aparılmasına hazırlıq gedir. Bu olduqca müsbət haldır və yaxşı xəbərdir. Uşaqların sağlam gələcəyi baxımından əhəmiyyətli addımdır”.

Tibb üzrə ekspert, professor Adil Qeybulla “Daban testi”nin tətbiqinə görə narahat olan valideynlərə bildirib ki, bu tip analizlərin götürülməsinin uşağın səhhətinə heç bir ziyanı yoxdur.

Xatırladaq ki, “Daban testi” analizi vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısını tamamilə almaq mümkündür. Əgər hipotiroidi varsa, vücudda mövcud olan vacib hormon yoxdursa, dərmanlardan istifadə edilərək yarana biləcək fəsadların qarşısını almaq olur.

Tarix
2018.02.17 / 01:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla