Yuxarı

Tomoqrafiya etdirməyin: xərçəng yaradır - SOS

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tomoqrafiya etdirməyin: xərçəng yaradır - SOS

Bu gün insanların dəqiq müayinə üçün tez-tez müraciət etdiyi kompüter tomoqrafiyasının əslində onlar üçün ciddi xəstəlik mənbəyi olduğu üzə çıxıb.

Axar.az-ın məlumatına görə, Böyük Britaniyanın mütəxəssisləri tomoqrafiya testi zamanı insan bədəninə normal rentgendən 100 dəfələrlə artıq radiasiya verildiyini aşkar ediblər. Bundan sonra İngiltərənin Səhiyyə Nazirliyi sağlam adamların bədənlərini tomoqrafiya etmələrinə qadağan qoyub. Nazirliyin mütəxəssislərinin rəyinə görə, bu zaman bədənin məruz qaldığı radiasiya Xerasimoda atom bombasından qurtulan insanlarda olan qədərdir.

Xərçəngə yol açan şüa

Tomoqrafiya osteoroporoz, ürək narahatlıqları, damar tıxanıxlığı və diabet kimi xəstəlikləri öncədən təyin edə bildiyi üçün səhiyyə işçiləri onu daha çox tövsiyyə edirdilər. Sağlam orqanların hər 5 ildən bir tomoqrafiya testindən keçirməyi tövsiyyə edən həkimlərə qarşı hərəkətə keçən İngiltərə Səhiyyə Nazirliyi hər 50 nəfərdən birinin radiasiya nəticəsində xərçəngə yoluxduğunu təsdiqləyiblər.

Qeyd edək ki, hazırda ölkəmizdə də tibb müəssisələrinin çoxunda bu üsuldan istifadə edilir. Dəqiq diaqnoz qoymaq və xəstəliyin inkişafı barədə öncədən məlumat almaq baxımından kompüter tomoqrafiyası əvəzsiz vasitədir. Lakin onun fəsadları insanı düşünməyə vadar edir.

Atoma bərabər şüalanma

2009-cu ilin sonunda Kaliforniya Universitetində professor olan Rebekka Smit-Bindmanın 1119 nəfər arasında apardığı araşdırmada tək bir tomoqrafiyanın 442 rentgen və ya 74 mamoqrafiya testi zamanı bədənin məruz qaldığı radiasiyaya bərabər şüa yaydığı ortaya çıxıb. Alimlər tomoqrafiyadakı bu riskə qarşı MR-in heç bir yan təsirlərinin olmadığı qənaətinə gəliblər. MR yoxlaması zamanı sadəcə radio dalğalardan istifadə edilir. Bunlar da insan sağlamlığına zərərsizdi.

Təsiri 30 il sonra ortaya çıxır

Türkiyəli professor Ahmet Rasim Küçükusta da xəstəyə saysız miqdarda şüa verilməsinin xərçəng xəstəliyinə səbəb olduğunu vurğulayıb:

"Bunlar bədəndə qalıçı olduğu üçün məhv edilə bilməz. Heç bir şikayəti olmayan adamın tomoqrafiya edilməsi doğru deyil. Həmin şuanın təsirləri 30-40 il sonra üzə çıxır".

Qeyd edək ki, alimlər kiçik yaşlarda olan uşaqların və hamilə qadınların radiasiyaya daha həssas olduğunu və belə dövrlərdə tomoqrafiyadan uzaq durmağı tövsiyyə edirlər.

Tarix
2014.09.24 / 02:30
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla