Yuxarı

Ürək şişləri, tromblar: bunları vaxtında necə aşkar etməli?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürəyin EXO müayinəsi ürək xəstəliklərinin vaxtında və dəqiq aşkar olunmasında mühüm rol oynayır və həkimə aydın informasiya verir. Müayinə üsulu USM-də olduğu kimidir.

“Elmed” Tibb Mərkəzinin EXO mütəxəssisi Aytən Musayeva exokardioqrafiyanın hansı hallarda effektiv olması barədə Axar.az-a danışıb. O bildirib ki, exokardioqrafiya ultrasəs dalğaları vasitəsilə ürəyin görüntülənməsidir:

“EXO - invaziv olmayan metoddur, insana heç bir ziyanı yoxdur. Exo vasitəsilə ürəyin hərəkətli görüntüsü əldə edilir. Bu müayinə zamanı aşağıdakı vəziyyətlər qiymətləndirilir:

- Ürəyin qapar xəstəlikləri, anadangəlmə ürək qüsurları, sonradan qazanılmış qüsurlar;

- Perikarditlər, ürəyin həcmli törəmələri, tromblar, şişlər;

- Ürəyin yığılma qabiliyyəti, sistolik və diastolik funksiyları, qan təzyiqinin ürəyə təsiri və s.”

A.Musayeva qeyd edib ki, EXO müayinəsində ürəyin ölçülərinə baxılır, aortanın ölçüsü müəyyənləşdirilir. Aortada genişlənmə və ya daralma varsa, nəzərə alınır:

“Aorta kökünün ölçüsü 39-40 mm-ə qədər normaldır. 45 mm-dən yüksək daha ciddi genişlənmə deməkdir. Bu xəstələr ciddi nəzarətdə olmalıdır. Qapaq xəstəlikləri, aorta anevrizması dərmanla müalicə edimir. Xəstələri KVC-yə yönləndiririk”.

Uşaqlarda EXO

A.Musayevanın sözlərinə görə, uşaqların, xüsusən yeni doğulmuşların EXO müayinədən keçməsi mütləqdir:

“Əgər ürəkdə qüsur varsa, vaxtında aşkarlanır. Gecikmiş mərhələdə aşkarladığımız patologiyalar da olur. Məsələn, 15 yaşında bir məktəblinin idman dərsində halı pisləşmişdi. Bu vaxta kimi onda ürək problemi olmamışdı. Bizdə EXO müayinəsində oval dəliyin hələ də açıq olduğunu gördük. Əslində oval dəliyin açıq olması ölçüsündən asılı olaraq elə də ciddi patologiya deyil. Amma hər xırda problem də vaxtında aşkarlanarsa, daha yaxşı olar.

Əgər uşaqda revmatik analizlər yüksək çıxırsa, angina, boğazında infeksiya ocağı varsa, mütləq ürəyi də yoxlanmalı, revmaztizmin ürəyə təsiri aşkarlanmalıdır.

Əgər EXO-da ciddi dəyişiklik yoxdursa, uşağı nəzarətsiz qoymaq olmaz. Çünki sonradan qazanılmış qapaq problemləri ola bilər. Ona görə revmatizmli uşaqların ildə bir dəfə EXO-dan keçməsi mütləqdir. Əgər qapaq zədələnməsi varsa, 6 aydan bir baxılmalıdır.

Ailə anamnezi də mütləqdir. İrsiyyətdə ürək-damar xəstəlikləri, erkən ürək ölümlər varsa, ehtiyatlı olmaq lazımdır. Xüsusilə oğlan uşaqlarına genetik amil daha çox təsir edir”.

A.Musayeva insanları daha çox naharat edən damar tıxanıqlığı, tromb barədə də məlumat verib. O bildirib ki, yalnız EXO müayinəsi vasitəsilə bu diaqnozu qoymaq olmur:

“Əgər xəstədə seqmentar divar hərəkət qüsuru, ürəyin funksiyalarında ciddi pozulmalar varsa, biz bu xəstədə damar tıxanıqlığından şübhələnə bilərik. Burada qanda lipid spektrinin təyini, ailə anamnezi köməyimizə çatır. Bu xəstələr koronal angioqrafiya müayinəsinə yönləndirilir.

Şəkərli diabet xəstələri ürəyinə mütləq diqqət yetirməlidir. Onlar ağrı simptomu gözləmədən ildə 2 dəfə EXO müayinə olunmalıdır. Çünki bu xəstələrdə çox zaman ağrı olmur. Belə xəstələr təngnəfəsliyə diqqət yetirməidir. Sinədə ağırlıq, çətin nəfəsalma, təngnəfəslik varsa, deməli, şəkər ürəyə hədəf orqan kimi zərər yetirib.

Ürəkdə şişlər olurmu?

A.Musayevanın sözlərinə görə, ürəkdə xoşxassəli və bədxassəli şişlər olur:

“Miksoma və fibroelastoma aşkarladığımız xəstələr var. Kalsifik düyünlər də ola bilər. Bəzən bu törəmələr təsadüfi müayinələr zamanı aşkarlanır və xəstəyə narahatlıq yaratmır. Diaqnozu təsdiqləmək üçün əlavə KT müayinəsi də olunur.

Ürək ciddi xarici zədələnmə olmadan, hündürlükdən yıxılmadan, zərbədən də zədələnə bilir.

“Ürəyimdə heç bir ağrı yoxdur” deməyin. Sağlam insanlar da ildə bir dəfə profilaktik olaraq EXO-dan keçməlidir. Müayinə elə də bahalı deyil”.

Tarix
2018.12.04 / 22:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla