Yuxarı

Prezident keçmiş nazirə fəxri ad verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident keçmiş nazirə fəxri ad verdi

Prezident İlham Əliyevin sərəncamı ilə Südabə Cümşüd qızı Həsənova “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.

Axar.az xatırladır ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi, Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi (1973-79) işləyib.

1979-cu ildə S.Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin, 1980-cı ilin 27 martında Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyyətinin üzvü seçilib, Ali Məhkəmənin intizam kollegiyasının sədri olub.

S.Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə nazirinin 1-ci müavini vəzifəsinə təyin olunub.

1995-1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə naziri vəzifəsini icra edib. 1998-ci il 10 yanvar tarixdə Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edilib.

2000-2005-ci illərdə Ali Məhkəmənin sədri işləyib. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib.
2005-ci ildən indiyədən Konstitusiya Məhkəməsinin hakimidir.

5 fevral 2007-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Tarix
2017.02.04 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla