Yuxarı

Çavuşoğlunun dəstəyi: Bakıda önəmli müzakirə olacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal Jurnalistlər Şurasının Azərbaycan Qlobal Media Görüşü Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə 13-17 oktyabr tarixlərində Bakıda keçiriləcək.

Axar.az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov da iştirak edəcək.

Qonaqlar oktyabrın 13-də Azərbaycana gələcək və oktyabrın 14-də “Bulvar Otel”də keçirilməsi nəzərdə tutulan iclasa qatılacaqlar. Azərbaycan Qlobal Media Görüşü tədbirinin açılışı “Pullman Otel”də Azərbaycan və Türkiyə himnlərinin çalınması ilə başlayacaq.

Teleqraf” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Aynur Camalqızının moderatorluğu ilə keçiriləcək paneldə “Sosial medianın rolu” mövzusunda jurnalist Azər Həsrət, “İpəkyolunda Azərbaycan” mövzusunda İsmayıl Qəhrəman, “Dünyada elmin yeri və əhəmiyyəti” barədə millət vəkili Hikmət Babaoğlu, “Azərbaycanın turizm potensialı” mövzusunda Hüseyn Baraner, “Yeni media düzəni” haqda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Türk dünyası media işbirliyi və xəbər mübadiləsi layihəsi” mövzusunda isə Saleh Zəki danışacaq.

Oktyabrın 15-də isə Azərbaycan mediası ilə görüş və iclas təşkil ediləcək. Görüşə ölkənin nüfuzlu media orqanlarının nümayəndələri qatılacaq.

Oktyabrın 16-da Quba Soyqırımı Memorial Kompleksi və məzarlığı ziyarət ediləcək və daha sonra “Dünyadakı qarşıdurmalar və Media” mövzusunda konfrans təşkil ediləcək. Konfransda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edəcək.

Sözügedən tədbirə xarici ölkələrdən gələn media nümayəndələri də daxil olmaqla, ümumilikdə 60 jurnalist qatılacaq.

Tarix
2019.10.10 / 19:09
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla