Yuxarı

ABŞ türk ordusuna dəstək verə bilməyəcək – Sensasion məqam

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya lideri Bəşər Əsəd çalışır ki, Türkiyə İdlibdən kənarda hərbi əməliyyatlara başlasın.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Suriyanın İdlib bölgəsində Əsəd qüvvələrinin türk əsgərlərinə hücum sonrası yaranmış siyasi vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Türkiyənin İdlibdə hərbi əməliyyat aparması üçün kifayət qədər hüquqi baza var:

“Bu gün Suriyada vəziyyət olduqca mürəkkəbdir. Türkiyə regionda beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar aparır. Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında imzalanan müqavilələrə görə, Türkiyənin İdlibdə deeslokasiya zonası yaratmaq haqqı var. Bu baxımdan Türkiyənin hərbi əməliyyatları bu zona çərçivəsində apardığı müddətdə heç bir qanunsuz müdaxilədən söz gedə bilməz. Amma Bəşər Əsəd hər yola əl atır ki, Türkiyə Suriyanın digər bölgələrində də hərbi əməliyyatlar aparsın. Çünki Türkiyə yalnız bu zaman beynəlxalq aləmdə təzyiqlərə məruz qala bilər.

Onu da qeyd edim ki, Türkiyənin İdlibdən çəkilməsi real deyil. Burda bir neçə faktor var. Türkiyə regionda şəhid verib və bundan sonra geridönüş heç də real səslənmir. Bundan sonra Türkiyənin İdlibdən geri addım atması birbaşa Ərdoğanın imicinə mənfi təsir edə bilər”.

Politoloq Türkiyənin İdlibdəki situasiya ilə bağlı ABŞ və NATO-dan dəstək istəməsindən danışıb:

“Hər şey hadisələrin gedişindən asılıdır. Tramp bir neçə gün öncə Türkiyəyə Suriyada apardığı əməliyyatlarla bağlı açıq dəstək verdi. Bu dəstək onu göstərir ki, Türkiyə Suriyada apardığı əməliyyatlarda haqlı mövqedədir. Bu gün ABŞ-ın Suriyada kifayət qədər hərbi qüvvəsi var. Lakin bu qüvvələr əsasən kürdlərin yaşadığı ərazilərdə cəmləşib. Digər tərəfdən ABŞ-ın Suriyada Türkiyəyə hərbi dəstək verməsi başqa bir məsələyə gətirib çıxaracaq. Bu dəstəyə Rusiya narazı olacaq. Bu baxımdan ABŞ bu təhlükəni gözə ala bilməz. Vaşintqon Ankaraya fərqli bir dəstək təklif edə bilər. Bu təklif isə ABŞ qüvvələrinə Suriyada kömək edən kürd silahlılarıdır. Lakin inanmıram ki, Türkiyə bu təklifi qəbul etsin.

ABŞ-ın əksinə NATO məsələyə bir qədər fərqli yanaşır. Xüsusilə mən Fransanı misal göstərə bilərəm. Fransa ilə Türkiyənın Liviya münaqişəsi çərçivəsində siyasi maraqlarının toqquşması bu iki ölkə arasında narazılıq yaradıb. Lakin düşünürəm ki, ABŞ NATO ölkələrinə müəyyən mənada təzyiq edə bilər. NATO ölkələrinin bu məsələdə Türkiyəyə yalnız siyasi dəstək verəcəyini düşünürəm”.

İ.Vəlizadə tezliklə Rusiyanın da məsələyə mövqeyini bildirəcəyini deyib:

“Düşünürəm ki, Rusiya tərəfləri sakitləşdirməyə çalışacaq, lakin diplomatik fəaliyyət boşa çıxsa, bu zaman Rusiyanın maraqları təhlükəyə düşə bilər. Rusiya Türkiyə ilə münaqişə yaranmasını istəmir. Çünki tərəflər arasında imzalanan milyardlıq layihələr var və Moskva bundan asanlıqla imtina edə bilməz. Rusiya bu mənada çalışacaq ki, tərəflər danışıqlar masasına otursun və regionda gərginlik səngisin”.

Tarix
2020.02.11 / 16:31
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla