Yuxarı

Türkiyənin Moskvaya İdliblə bağlı 3 mühüm şərti

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin Moskvaya İdliblə bağlı 3 mühüm şərti

Moskvadakı görüş bir daha sübut etdi ki, Astana və Soçi razılaşmaları artıq öz əhəmiyyətini itirib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin İdlib zonasında gərginliyin azaldılması ilə bağlı görüşünü şərh edərkən deyib. O vurğulayıb ki, tərəflərin heç biri güzəştdə getmək istəmir:

“Son zamanlar Suriyada siyasi proseslərin yenidən gərginləşməsi Türkiyə və Rusiya münasibətlərindən də yan keçmədi. Əsədin İdlibə aramsız hücumlarına Rusiyanın hava dəstəyi verməsi tərəflərin yenidən danışıqlar masasına oturmasının vacibliyini artırdı. Türkiyə Moskvadakı görüşə konkret tələblərlə gəlmişdi. Türkiyənin bu tələbləri, bir növ, ultimatum xarakteri daşıyırdı. Türkiyənin irəli sürdüyü tələblər əsasən bunlardır:

1. Əsəd İdlibə yönəlik hərbi əməliyyatları dayandırmalıdır.

2. Qoşunlar ilkin mövqelərinə tez bir zamanda geri dönməlidir.

3. İdlib ətrafında yaradılan dislokasiya zonası yenidən Türkiyənin nəzarətində qalmalıdır.

Əslində, Türkiyənin tələb etdiyi bu şərtlər heç də yeni deyil. Diqqətlə baxsaq, görə bilərik ki, bu tələblər Soçi və Astana razılaşmalarının əsas müddəalarıdır. Yəni Türkiyə konkret Rusiyadan Astana və Soçi razılaşmalarının tələblərinin yerinə yetirilməsini istəyir”.

Politoloq bildirib ki, danışıqlar zamanı diqqət çəkən əsas məsələ Rusiyanın dəyişən mövqeyidir:

“Belə ki, Rusiya artıq Astana və Soçi razılaşmalarının münaqişənin həllində kifayət etmədiyini düşünür. Çünki hazırki siyasi proseslər hər iki formatın qüvvədən düşdüyünü göstərir. Təbii ki, burda dəyişən siyasi vəziyyəti də nəzərə almaq lazımdır. Bu baxımdan düşünürəm ki, Rusiya yeni bir müqavilənin bağlanmasını istəyir. Nəticə etibarilə Türkiyə çətin ki, hazırki vəziyyətlə barışsın. Hesab edirəm ki, Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin görüş nəticə vermədi. Liderlərin görüşü ilə bağlı anons da buna görədir”

Tarix
2020.02.19 / 15:14
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla