Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Aprel 2020


Kuznetsov detalları açdı: Moskvadan İrəvana tarixi şillə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı məşhur tarixçi Oleq Kuznetsov Axar.az-a müsahibəsində ermənilərin Qafqazda nə vaxtdan mövcud olmasından, Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisinə Çar I Nikolayın heykəlinin qoyulmasından danışıb:

- Ermənilər saxtalaşdırmaq bacarıqlarının köməkliyi ilə bütün dünyaya “qədim Qafqaz xalqı” olduqlarını sübut etməyə çalışıblar. Arxiv sənədləri, faktlar və dəlillərlə işləyən bir araşdırmaçı kimi bu haqda nə deyə bilərsiniz? Kimdir bu “qədim” ermənilər və bizim torpaqlarımıza necə gəlib düşüblər?

- Bölgədəki erməni əhalisi iki dini icma ilə təmsil olunurdu: qriqorian və katolik erməniləri. Sonuncuların varlığı XIV əsrin son rübünə təsadüf edir. O dönəmlər şəhərlərdə cizyə yığılması (qeyri-müsəlmanlardan alınan vergi – red.) birmənalı şəkildə onu göstərir ki, şəhər əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edirdi. Bunu rəqəmlər də sübut edir. Məsələn, Gəncədə qriqorian və katolik erməniləri yerli əhalinin cəmi 5-7 faizini təşkil edib.

O dövrlər bir dövlətin ərazisi dağ silsilələri şəklində təbii-coğrafi sərhədlərlə təyin olunurdu. Şimali Qafqazın sərhədlərinə daxil olan torpaqlarda türk-islam qəbilələri və az sayda xristian xalqları yaşayıb.

Ermənilərin Qafqazda mövcudluğu haqda yalnız Batum Sülh konfransından (1918) danışarkən qeyd etmək olar. Ondan əvvəl Ermənistan bir ölkə olaraq bu torpaqlarda mövcud olmayıb. Antik dövrdə “Böyük Ermənistan”ın var olması ilə bağlı deyilənlər isə tamamilə absurd və mənasızdır.

Ermənilər yalnız XX əsrin əvvəllərində daşnakların terror fəaliyyətləri sayəsində özünüidarəetmə cəmiyyətinə çevirdilər. Ermənilərin siyasi tarixi barədə yalnız XIX əsrin son rübündən - dini-mistik baxışlarının etnosiyasətə çevrildiyi dövrdən danışmaq olar.

- Bildiyiniz kimi, bir neçə gün öncə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazasının ərazisində Rusiya çarı I Nikolayın büstü qoyulub. Erməni tarixçiləri bununla Rusiya ilə Türkiyə arasındakı onsuz da mürəkkəb olan münasibətləri qarışdırmağa fürsət tapdılar. Onlar deyirlər ki, guya Kreml bunu Ankaranın ideologiyasına qarşı edib. Ancaq onlar Qafqazdakı erməni birləşməsini yox edən şəxsin I Nikolay olması həqiqətini unutdular. Bu abidənin quraşdırılmasını Rusiyadan ermənilərə “keçmişini unutma!” ismarışı kimi qəbul etmək olarmı?

- Ümumiyyətlə, erməni mətbuatı bu kimi hadisələri fanatiklərinin dəstəyi ilə işıqlandırır. Məlum olduğu kimi, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının ərazisində I Nikolayın abidəsi ucaldıldı. Bu, Rusiyanın Ermənistana sərt cavabı ola bilər.

Ermənilər Qafqazda olduqları dönəmdə yalnız ərazi iddiaları ilə çıxış ediblər. Özü də bütün qonşularına qarşı... Onlar yaddan çıxarmamalıdırlar ki, məhz I Nikolay 1838-ci ildə Ermənistan oblastını yox edib. Bu, ermənilər üçün şillədir.

Tarix
2020.03.06 / 13:20
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Rusiya dərhal İrəvana iki hərbi təyyarə göndərdi: Səbəb - Video

120 ölkə Bakının mövqeyini dəstəklədi - PA rəsmisi

Norveç qondarma "seçkiləri" tanımır

Akopyan: Bir gün oyanacağıq ki, Qarabağ Azərbaycandadır - Video

Bakı öz gücünü göstərdi – İlham Əliyev

Bu qıtlıqdan istifadə edən işbazlar var... – Millət vəkili

Böyük nailiyyətlər əldə edildi - Prezident

Belə addımlar xəyanət kimi qəbul ediləcək - Prezident

İlham Əliyev Azərbaycan xalqına müraciət etdi - Foto

Daha bir təşkilat Qarabağdakı “seçkilər”i tanımadı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla