Yuxarı

İrəvan terrorçu mahiyyətini bir daha göstərdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan terrorçu mahiyyətini bir daha göstərdi - Video

11:13

12 iyuldan başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusu növbəti təxribatını həyata keçirib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “CNN Türk” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, təxribatın çox aydın həm siyasi, həm də hərbi məqsədləri var idi:

“Bu təxribatla işğalçı dövlət Dağlıq Qarabağdan kənar bir bölgədə dövlət sərhədində alovlanma ocağının yaranmasını, özlərinin üzv olduğu hərbi siyasi təşkilatı və taşkilata üzv dövlətləri gərginliyə qatmaq məqsədi daşıyırdı. Eyni zamanda Ermənistanın daxili gərgin vəziyyəti, COVİD-19-la bağlı vəziyyətin ağırlaşdığı zaman xalqın diqqətini kənar məsələlərlə yayındırmaq, danışıqların aparılmasına yenidən maneə törətmək səbəblərdən sayılırdı.

Bundan başqa, Azərbaycanın bu bölgəsindən çox nəhəng, regional layihələr keçir. Məsələn, neft-qaz kəmərləri, böyük məna kəsb edən dəmir yolu layihəsi Tovuz bölgəsindən keçir. Bu bölgədə gərginlik yaratmaq Ermənistan dövlətinin qarşısına qoyduğu məqsəd idi. Azərbaycan Ordusunun qətiyyətli mövqeyi nəticəsində Ermənistan hərbi birləşmələri geri otuzduruldu və təxribatın qarşısı alındı. Əfsuslar olsun ki, təxribat zamanı Azərbaycan Ordusunun hərbçiləri şəhid oldu. Bundan başqa, təxribat zamanı Ermənistan tərəfi növbəti dəfə öz terrorçu, aqressiv mahiyyətini büruzə verdi. Çünki mülki yaşayış məntəqələri atəşə tutuldu və 76 yaşlı kənd sakini həlak oldu. Bu ilk deyil, Ermənistan ordusunun dəfələrlə əl atdığı yanaşmadır”.

C.Bayramov vurğulayıb ki, Ermənistan tərəfinin terrorçu mahiyyəti yaxşı bəllidir:

“Həmin Ermənistandır ki, ötən əsrin 1970-80-ci illərində ASALA və bir çox terror təşkilatını dəstəkləməklə dünyada çoxsaylı terror aktları həyata keçirib. Və qardaş Türkiyə də bu terror aktlarının qurbanı olanlar var”.

Tarix
2020.08.12 / 14:33
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla