Yuxarı

ATƏT PA: Azərbaycanla əməkdaşlığa böyük önəm veririk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, ATƏT Parlament Assambleyası sədrinin müraciəti əsasında baş tutan görüşdə Azərbaycan Milli Məclisin sədrini salamlayan Marqareta Sederfelt təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, qlobal pandemiya səbəbindən görüşlərin və canlı təmasların böyük qisminin baş tutmadığını bildirərək, ümidvar olduğunu deyib ki, pandemiya təhlükəsi aradan qalxdıqdan sonra belə görüşlər daha sıx-sıx keçiriləcək. Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın təşkilatdakı fəaliyyəti barədə danışıb, ölkəmizin nümayəndə heyətinin həmişə ATƏT PA-nın tədbirlərində fəal iştirak etdiyini bildirib.

Spiker görüşdə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yeni mərhələnin başlandığını qeyd edib.

Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirdiyini bildirən Sahibə Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.

Sahibə Qafarova deyib ki, Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir. O xatırladıb ki, Prezident İlham Əliyev də ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının sədrinə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycanın şəhər və rayonlarını, bütün infrastrukturu, mədəniyyət və tarixi abidələri, dini abidələri tamamilə dağıtdığını, talan etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2021.10.21 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla