Yuxarı

Qafanda İran konsulluğu; ermənilərin Əliyevə müraciəti...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafanda İran konsulluğu; ermənilərin Əliyevə müraciəti...

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, İranın Qafan rayonunda konsulluq açmasına münasibətinizi bilmək istərdik.

- İran regional oyunçuya çevrilmək istəyir, amma alınmır. Azərbaycanı qıcıqlandırmağa çalışmaqla isə heç nəyə nail ola bilməz. Bizim əsəblərimiz çox möhkəmdir. İran bu kimi addımları ilə öz daxilində gərginliyi artırmaqdan və dünyada daha çox məmləkət tərəfindən destruktiv ölkə kimi tanınmaqdan başqa heç nəyə nail olmayacaq. Nə əsl müsəlmanlar, nə də cənublu soydaşlarımız bunu İrandakı teokratik rejimə bağışlaya bilər. Ermənistan 10 noyabr sazişini icra etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli, etnik seperatizmi qızışdırmamalı, bizimlə sülh müqaviləsi imzalamalıdır. İran rəsmiləri də Allahdan qorxub gələcək itkilərin qarşısını almaq, regionda sabitliyi və əməkdaşlığı təmin etmək üçün Ermənistanı qızışdırmaq və ona yalandan ümidlər vermək əvəzinə onu başa salmalıdırlar ki, Azərbaycanın sülh təklifinin alternativi yoxdur. Regiona sülh və əməkdaşlıq lazımdır.

- Son vaxtlar bəzi Ermənistan vətəndaşlarının Azərbaycan vətəndaşlığı almaları üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etməsinə necə baxırsınız?

- Ermənilər zaman-zaman soydaşlarımıza çox acılar yaşadıblar, dinc insanlara qarşı çoxsaylı cinayətlər törədiblər. Çoxlu soydaşımızı yurd-yuvalarından didərgin salıblar, qədim torpaqlarımızı ələ keçiriblər, Azərbaycan dövlətçiliyinə çox ciddi ziyan vurublar. Yaralar hələ sağalmayıb. Barış olmadan ermənilərin təhlüləkəsizliyini təmin etmək çətin olar. Öncə sülh sazişi imzalanmalı, Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra barış istiqamətində addımlar atılmalıdır. Dünyanın bir çox xalqları və dövlətləri yüz illərlə bir-biri ilə vuruşub sonra barışaraq dinc qonşuluq siyasətinə üstünlük verib, bu yolla inkişaf ediblər. Az-çox ağlı başında olan ermənilər də işğal siyasətinin puç olduğunu başa düşüb bu tipli müraciətlər edirlər. Müraciət edən şəxslər anlayırlar ki, düşmənçiliyə son qoyulmalıdır, bunu hər iki xalqın mənafeləri tələb edir. Müraciət edənlər, Ermənistanda çoxlarının düşündüyü kimi, öz xalqlarına xəyanət edənlər yox, onun gələcəyini düşünənlərdir.

Tarix
2022.08.12 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla