Yuxarı

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Rusiyada keçirilən prezident seçkilərinin səhərisi günü – yəni bu gün, 18 martda Vladimir Putinə zəngi və onu təbrik etməsi sosial şəbəkələrdə müzakirələr yaradıb.

Bəziləri iddia edir ki, Azərbaycan təbrikə tələsməyə və gözləyə bilərdi – necə ki, Ermənistan Baş naziri “tələsmir”.

Bu iddia ilə Azərbaycanın ideal xarici siyasətinə “tövsiyələr” verməyə çalışanlar, deyəsən, cəmi bir ay 10 gün öncə Azərbaycanda keçirilən seçkiləri “unudublar”.

Azərbaycanda 7 fevralda baş tutan prezident seçkiləri ilə bağlı erməni diasporu və lobbisinin ciddi dəstəyi ilə ölkəmizə qarşı kampaniya aparılırdı: AŞPA hətta “acıq” da edirdi və Azərbaycanda seçkiləri müşahidə etməyə dəvət olunmamasını təzyiq vasitəsinə çevirmişdi.

ATƏT-in isə göndərdiyi müşahidə missiyası heç bir pozuntu aşkar etməməsinə baxmayaraq, seçki ilə bağlı inanılmayacaq bəhanə tapmağı bacardı – ABŞ səfirliyi də cəmi bir neçə cümlədən ibarət o “hesabatı” “dəstəklədi”.

Azərbaycanda seçki başa çatmamış, ekzit-poll nəticələri açıqlanan kimi Azərbaycan liderinə öz dəstəyini Belarus Prezidenti Lukaşenko və Özbəkistan lideri Şövkət Mirziyayev bildirdi.

MSK rəsmi nəticələri açıqlayan kimi isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Macarıstan Baş naziri Viktor Orbandan təbrik zəngləri gəldi. Seçki gecəsi Serbiya Prezidenti Aleksandr Vuçiçdən tutmuş Pakistan Prezidenti Arif Alvi və Çin lideri Si Szinpinə qədər davam edən təbriklər isə günə yaxşı mənada möhür vurdu!

Prezident Vladimir Putin 8 fevral günü, səhər saatlarında, Mərkəzi Seçki Komissiyasının səslərin 99%-nin sayılmasının nəticələrini elan etməsindən qısa müddət sonra Prezident Əliyevə zəng etdi, ardınca isə təbrik məktubu göndərdi.

Məhz dünyanın bölüşdürülməsi prosesində aktiv rol oynayan liderlərin İlham Əliyevi təbriki AB Şurası Prezidenti Şarl Mişelin də tələsməsinə və 9 fevralda təbrik zəngi etməsinə yol açdı.

Prezident İlham Əliyev də Rusiyadakı prezident seçkisindən bir gün sonra, 18 mart tarixində, səhər saatlarında Vladimir Putinə telefon açdı və təbrik etdi.

Liderlər arasında şəxsi münasibətlərin dövlətlərin taleyinə təsir etdiyini vurğulamaqla Amerika kəşf etmirik – zatən, bu həqiqəti bir neçə dəfə dünya liderləri özləri etiraf ediblər.

Azərbaycan da parlayan regional güc kimi region oyunçuları ilə yüksək münasibət saxlayır və Qərbin erməniyanlı, Azərbaycanın milli maraqlarına ziyan verən ədalətsiz təzyiqlərini neytrallaşdırmaq üçün bütün vasitələr kimi, regional güclərlə yüksək səviyyədə qoruduğu münasibətlərindən də istifadə edir.

Ona görə də Prezident Əliyevin dünən gecə deyil, məhz bu gün Putinə zəng etməsi təkcə siyasi əxlaq deyil, həm də ölkənin maraqlarıdır.

Yəni müzakirə açmağa ehtiyac yoxdur, İlham Əliyev nəyi nə vaxt və necə etməyi ideal bilir!

Tarix
2024.03.18 / 18:33
Müəllif
Aynur Camal
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla