Yuxarı

Su ilə bağlı qorxunc proqnoz: Bu tarixdən etibarən…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Su ilə bağlı qorxunc proqnoz: Bu tarixdən etibarən…

Son günlər türkiyəli maliyyə eksperti İslam Məmişin su ehtiyatları ilə bağlı səsləndirdiyi proqnoz ciddi müzakirələrə səbəb olub. Ekspertin “10-20 il sonra insanlar su tapmaqda çətinlik çəkəcək” xəbərdarlığı, hətta suyun gələcəkdə qızıl, gümüş və bitkoin qədər dəyər qazanacağını deməsi narahatlıq yaradıb.

Bu mövzuds bazşqa ekspertlər də vaxtaşırı oxşar proqnozlar verir. Gələcəkdə su müharibələrinin olacağı da istisna edilmir. Hətta bəzi iddialar var ki, hazırda Yaxın Şərqdə gedən müharibələr, toqquşmalar, işğallar neftdən çox su ehtiyatlarına görədir. Bu coğrafiyada yeraltı su ehtiyatlarlnın bol olduğu bildirilir.

Doğrudanmı yaxın illərdə su çatışmazlığı real təhlükəyə çevrilə bilər?

Axar.az xəbər verir ki, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Globalinfo.az-a açıqlamasında gələcəkdə su ehtiyatlarının idarə olunmasının iqlim dəyişikliyi, əhali artımı və sənaye-kənd təsərrüfatı fəaliyyətlərinin genişlənməsi fonunda daha strateji yanaşma tələb etdiyini bildirib.

Onun fikrincə, bu səbəbdən də investisiyalar ilk növbədə dayanıqlı su təminatı, itkilərin azaldılması və ekosistemlərin qorunması istiqamətlərinə yönəldilməlidir:

“Prioritet sahələrə suların paylanmasında daha müasir yanaşmaların tətbiqi, suya qənaət texnologiyaların tətbiqi, sudan istifadənin müasir və ənənəvi texologiyalar vasitəsilə azaldılması aid ola bilər. Həmçinin su hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sulu-bataqlıq ekosistemlərinin bərpası və çay hövzəsi idarəetməsinin gücləndirilməsi uzunmüddətli investisiya sahələri hesab olunur”.

Rövşən Abasov deyib ki, su sektorunda iri infrastruktur layihələri yüksək kapital tələb etdiyindən, özəl sektorun maliyyə və texnoloji potensialının cəlb olunması investisiya yükünü azalda bilər:

“Buna görə də bitkoin və ya əmlak alınmasına yönəldilən investisiyalar daha çox su infrastrükturunun təşkilinə, iqlimə daha dayanıqlı uyğunlaşma sxemlərinin tətbiqinə yönəldilməlidir. Özəl sektorun su idaərçiliynə iştirakının artırılması xidmət keyfiyyətinin yüksəlməsi, səmərəli idarəetmə və uzunmüddətli maliyyə davamlılığının təmin edilməsi ilə nəticələnir”.

Mütəxəssis son olaraq onu da əlavə edib ki, dünya dövlətləri silahlanmaya çəkdikləri xərcləri azaldıb, iqlimə daha dayanıqlı kənd təsərrüfatı və su sektorunun qurulmasına yönəltməlidirlər.

Tarix
2025.11.29 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla