Yuxarı

Xankəndiyə qayıdış: görülən işlər açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndiyə qayıdış: görülən işlər açıqlandı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımları atır, infrastruktur tam şəkildə yenidən qurulur.

Axar.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsinin sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların Böyük Qayıdışla bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib. Dövlət Komitəsinin Məşğulluq sektoru və aidiyyəti dövlət qurumları tərəfindən məşğulluqla bağlı layihələr icra edilir, sakinlər təlimlərə cəlb olunur və peşə bacarıqlarına uyğun avadanlıqla təmin edilirlər.

“İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükənin aradan qaldırılması məqsədilə təmizləmə işləri aparılır, eyni zamanda, əhali üçün maarifləndirmə tədbirləri keçirilir. Bir neçə gün əvvəl bu istiqamətdə növbəti tədbir Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçürüləcək ailələr üçün təşkil olunub. Dövlət Komitəsində keçirilən görüşdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri barədə məlumat verilib, mina təhlükəsinə dair videoçarxlar nümayiş etdirilib. Köç prosesi bərpa-quruculuq qrafikinə uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə köçürülməsi zamanı ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan ailələrin mərhələli qayıdışı təmin edilir. Yaşayış sahələri keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyatını təmin etmək üçün bütün sosial-texniki infrastrukturla təchiz olunub.

Tarix
2025.12.01 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Minsk prosesinin bağlanması başa çatdırıldı

Əli Kərimliyə neçə il cəza verilə bilər?

Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?

Cəmil Həsənli sərbəst buraxıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla