Yuxarı

QHT-lərlə KSM sahəsində əməkdaşlıq: "Nar"dan dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
QHT-lərlə KSM sahəsində əməkdaşlıq: "Nar"dan dəstək

Sərfəli mobil operator "Nar" "Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar" adlı konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib. Tədbir Azərbaycan Milli QHT Forumu və "Prioritet" Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib.

Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil edilən konfransda "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova şirkətin KSM yanaşması, QHT-lərlə əməkdaşlıq mexanizmləri və layihələrin monitorinqi ilə bağlı təqdimatla çıxış edərək gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, "Nar" KSM fəaliyyətini uzunmüddətli sosial dəyər yaratmağa yönəlik strateji istiqamət kimi inkişaf etdirir. Mobil operator inklüzivlik, təhsilin inkişafı, milli-mədəni irs və vətənpərvərlik sahəsində davamlı layihələrə dəstək verir, regionlarda sosial təşəbbüslərin genişləndirilməsinə xüsusi önəm göstərir. Şirkət QHT-lərlə əməkdaşlığı sosial layihələrin daha səmərəli həyata keçirilməsi üçün mühüm tərəfdaşlıq modeli kimi dəyərləndirir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2025.12.02 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla