Yuxarı

Baş nazirdən XİN-lə bağlı qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən XİN-lə bağlı qərar...

Baş nazir Əli Əsədov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Axar.az xəbər verir ki, qərarla XİN-in kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının xarici işlər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri

"ADA" Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.

Həmçinin, Qərarla "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı ləğv edilir.

Tarix
2025.12.02 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili

Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok

Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto

İlham Əliyev BƏƏ prezidentini təbrik etdi

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla