Yuxarı

ABŞ-da erməni saxlanıldı: Azərbaycana deportasiya olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da erməni saxlanıldı: Azərbaycana deportasiya olunacaq

Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat yayıb.

Axar.az Bakipost.az-a istinadla xəbər verir ki, Sərkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha əvvəl nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.

ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.

Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir.

Tarix
2025.12.03 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla