Yuxarı

Sumqayıtda idman zalında yanğın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda idman zalında yanğın

17:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1800 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi tikilinin ikinci mərtəbəsində yerləşən idman zalında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən tikilinin birinci mərtəbəsində yerləşən avtomobil təmiri sexləri və kafeyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan idman zalının yanar konstruksiyaları 70 kv.m sahədə yanıb və 200 kv.m sahədə tavanı deformasiya edib.

İdman zalının qalan hissəsi, avtomobil təmiri sexləri, təmirə dayanmış avtomobillər və kafe yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Tarix
2026.01.26 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla