Yuxarı

Bu, Qarabağın simasını dəyişir - Əhməd İsmayılov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Qarabağın simasını dəyişir - Əhməd İsmayılov

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.

O bildirib ki, bu gün Qarabağın dirçəlişi təkcə bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur.

"Bu gün Ulu Öndərin müəllifi olduğu müasir şəhərsalma strategiyası Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, daha möhtəşəm bir mərhələyə çatdırılıb. Şuşada, Ağdamda, Füzulidə ucalan hər bir yeni bina həm tarixi irsimizə sadiqliyi, həm də gələcəyə baxışımızı simvolizə edir.

Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESKO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir", - o vurğulayıb.

Tarix
2026.05.01 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla