Yuxarı

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto

Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib.

Axar.az Report-a istinadla xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

"Arkan-10", "Arkan -10 FO" və "Arkan- 10 FT" adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb.

Bildirilib ki, sözügedən dronlarda süni intellekt dəstəyi, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüyü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.

Tarix
2026.05.06 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla