Yuxarı

Bakcell “Spark @ LANDAU” proqramının tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakcell “Spark @ LANDAU” proqramının tərəfdaşıdır

İnnovasiya lideri Bakcell gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləmək məqsədilə LANDAU məktəbinin “Spark @ LANDAU” proqramına innovasiya tərəfdaşı kimi qoşulub.

“Spark @ LANDAU”, məktəbin 8–11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş startap və innovasiya proqramıdır. Proqram şagirdlərin ideyalarını real biznes mühitində formalaşdıraraq təşəbbüskarlıq bacarıqlarını praktik şəkildə inkişaf etdirir.

Proqramın əsas istiqamətlərindən biri olan “Təhsildə süni intellekt” təşəbbüsü çərçivəsində iştirakçılar təhsil sahəsinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayıblar. Final tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti tərəfindən ən uğurlu 3 komanda qalib seçilib.

Tədbirdə çıxış edən Bakcell-in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova “Spark @ LANDAU” proqramının gənclərin innovasiya ekosisteminə erkən inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim etmək bacarıqları qazandırır. Süleymanova, həmçinin, Bakcell-in süni intellekt və innovasiya təşəbbüsləri ilə bu istiqamətdə dəstəyi davam etdirdiyini vurğulayıb.

Bakcell süni intellekt və rəqəmsal həllər sahəsində həyata keçirdiyi təşəbbüslərlə ölkədə innovasiya ekosisteminin formalaşmasında aktiv rol oynayır. Şirkət gənclərin texnologiya və startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların yetişməsinə töhfə verir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2026.05.06 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla