Yuxarı

"Highland Residence"də tam təmirli mənzil 20 ilədək ipoteka ilə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Highland Residence"də tam təmirli mənzil 20 ilədək ipoteka ilə

"Kristal"ın prestijli layihəsi "Highland Residence"dən sevindirən xəbər var. Tikintisinin əsas hissəsi tamamlanmış bu yaşayış kompleksində 52 m2, 2 otaqlı studiyadan 108 m2, 3 otaqlıya qədər dəniz və "Gənclik" parkı mənzərəli mənzillər uzunmüddətli ipoteka imkanı ilə satışa çıxarılıb.

Tikintisi tamamlanmış binada satışa çıxarılan bu mənzillər 30%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır. Qısa müddətdə təhvil imkanı bu layihəni həm investisiya, həm də yaşayış üçün əlverişli edir.

"Highland Residence" 8 Noyabr prospektinə, "Həzi Aslanov" metro stansiyasına yaxın, 43 hektarlıq "Gənclik" parkının düz yanında yerləşir. Kompleksin əlverişli yerləşməsi şəhərin əsas nöqtələrinə çıxışı asanlaşdırmaqla bərabər, ətraf ərazilərdə məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi, park və müxtəlif iaşə obyektlərinin olması sakinlərin gündəlik ehtiyaclarını rahatlıqla qarşılamasına şərait yaradır.

Yaşayış kompleksində bütün mənzillər tam təmirli formada təhvil verilir. Təmirdə yüksək standartlara cavab verən Avropa brendlərindən istifadə olunur: “HARO” laminat və parket döşəməsi (Almaniya), “Zambaiti Parati” divar kağızı (İtaliya), “Seranit” kafel (Türkiyə), “Grohe” hamam aksesuarları (Almaniya), “Gewiss” elektrik açarları (İtaliya) və “Prysmian” yanmayan kabel infrastrukturu (İtaliya). Həmçinin mənzillər sahə itkisinə yol verilmədən optimal formada planlaşdırılıb, səs və istilik izolyasiyası ilə təchiz edilir.

Kompleksin digər üstünlükləri arasında 24/7 təhlükəsizlik sistemi, avtomobilsiz və təhlükəsiz həyət konsepti, geniş yaşıl istirahət zonaları, uşaqlar üçün oyun meydançaları, futbol və basketbol sahələri, həmçinin yeraltı və geniş avtodayanacaq yer alır. 43 hektarlıq ərazidə 300 000-dən çox ağacı əhatə edən möhtəşəm “Gənclik” parkı isə kompleksin düz yanında yerləşir — səhər yürüşləri və axşam istirahəti üçün ideal məkandır.

Satışa çıxarılan mənzillərin sayı məhduddur. "Highland Residence" layihəsi və satış şərtləri ilə daha ətraflı tanış olmaq üçün layihənin satış ofisinə müraciət edə və ya indi zəng edə bilərsiniz.

Ətraflı: *1544

Ünvan: Xətai rayonu, "Gənclik" parkının yanı

kristal.az

Tarix
2026.05.06 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla