Yuxarı

Rektor-deputatların yarpaq tökümü: Növbə kimindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektor-deputatların yarpaq tökümü: Növbə kimindir?

Millət vəkillərinin həm də rektor kimi ağır və məsuliyyətli vəzifə daşıması və bu iki işi parallel aparmasından dolayı yaranan çətinliklər uzun illərin müzakirə predmetidir. Xüsusilə millət vəkili və Hüquq Komitəsinin sədri Şəmsəddin Hacıyevin İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsindən sonra bu fikir yenidən aktuallaşdı: millət vəkilləri olan rektorlar vəzifədən çıxarılacaq.

Millət vəkili olan rektorlar kimlərdir?

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlı, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, Dillər Universitetinin rektoru Səməd Seyidov, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandatlı rektorlar sırasındadır.

Son günlər Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşəcəyi haqda yayılan xəbərlər mandatlı rektorlardan digəri - S.Seyidovun da vəzifədən gedəcəyini gündəmə gətirib.

Həmçinin Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da parlamentdə çıxış edərək həmkarlarının rektor vəzifəsindən alınmasını labüd hesab etmişdi.

İ.İsmayılov bu məsələni Milli Məclisdə qaldıran yeganə millət vəkili olub. O, həmin deputatları bir neçə dəfə rektorluqdan getməyə çağırıb: "Mən bu məsələni qaldırarkən təkcə Şəmsəddin Hacıyevi nəzərdə tutmurdum. Qalanlarının da işdən azad olunmasını istərdim".

Digər bir məlumatda isə deyilir ki, mandat sahiblərinin rektorluqdan azad edilməsinin səbəbi onların deputatlıq səlahiyyətlərinin yaxın vaxtlarda artırılacağı ilə əlaqədardır.

Universitetlərə yeni ab-hava gəlməlidir

Bu mövzuda danışan təhsil eksperti Etibar Əliyev hesab edir ki, mandatı olan bütün rektorlar universitet rəhbəri vəzifəsindən azad edilməlidir.

"Axar.az"a danışan ekspertin fikrincə, rektorun əlavə vəzifəsi olmamalıdır:

"Ali təhsil mərkəzini idarə etmək elə də asan iş deyil ki, rektor həm də deputat kimi fəaliyyət göstərsin. Universitetin öz daxili və xarici işləri olur. İki vəzifə tutan şəxs hər iki vəzifəsini də yüksək səviyyədə yerinə yetirə bilməz.

Deputatlar mütəmadi olaraq seçicilərlə görüş keçirir, səfərlərə çıxır, komitə iclaslarında iştirak edirlər. Bunlar vaxt alan məsələlərdir. Bu işlə məşğul olan biri universitetə vaxt çatdıra bilməz. Bu gün ali təhsil ocaqlarında baş verən neqativliklərin bir səbəbi də rektorların bütün gün ərzində universitetə nəzarət edə bilməmələri, problemlərin həllini vaxtında çardırmamalarından irəli gəlir".

Ekspert qeyd edir ki, bu dəyişikliyi zəruri edən səbəblərdən biri də müddətdir:

"15 ildir universitetə rəhbərlik edən şəxslər var. Onlar dəyişsə, yeni ab-hava gələr. Yəni bu rektorlar nəyi bacarıblar, universitet üçün ediblər, indi yenilərə imkan tanımaq lazımdır ki, bu da ali təhsil ocaqlarının perspektivi üçün lazımdır".

Tarix
2014.03.13 / 18:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla