Yuxarı

“Nar” şəbəkəsini daha da gücləndirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar” özünün yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini uğurla davam etdirir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Azərbaycanın müxtəlif regionlarında yaşayan abunəçilərin artmaqda olan rabitə və internetdən istifadə tələblərinin qarşılanması məqsədilə mobil operator 2017-ci ildə bölgələrdə 194 yeni 3G baza stansiyası quraşdırıb. Bu ilin yanvar ayından etibarən, Biləsuvar, Daşkəsən, Füzuli, Qəbələ, Gəncə, Goranboy, Göygöl, Quba, Qusar, Hacıqabul, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xızı, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Salyan, Şəki, Şamaxı, Şabran, Siyəzən və Tovuz rayonlarının ərazisində yeni baza stansiyaları quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi planlaşdırır.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Tarix
2017.08.25 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla