Yuxarı

Milli Parkda və Milli Qoruqda yanğın var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Parkda və Milli Qoruqda yanğın var

Oğuz rayonu Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır.

Axar.az FHN-nin rəsmi saytına istinadla xəbər verir ki, yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçisi və 10 nəfər kənd əhalisi iştirak edir. Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əl vasitəsi ilə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bu arada Qəbələ rayonunun Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) "Şahdağ" Milli Qoruğunun ərazisində də 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağacların yandığı məlum olub. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 əməkdaşı, milli qoruğun 10 əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Tarix
2014.08.04 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla