Yuxarı

İsmayıllıda sərnişin avtobusu aşdı: 2 ölü, 7 yaralı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıllıda sərnişin avtobusu aşdı: 2 ölü, 7 yaralı - Yeniləndi

10:24

Bu gecə İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

***

13:46

Ötən gecə İsmayıllıda 2 nəfərin həlak olması, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasında həlak olanların şəxsiyyəti məlum olub.

Milli.Az bildirir ki, hadisə Muğanlı-İsmayıllı yolunun Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini Məmmədov Vüsala məxsus 99-CJ-822 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – 24 yaşlı Mürsəlov Elşən Güləhməd oğlu və 21 yaşlı Mürsəlova Gülanə Mehman qızı həlak olublar.

Mustafayeva Nəhayət Qurban qızı, Səlimov Fərrux Mansur oğlu, Məhərrəmova Fəridə Xanpolad qızı, Bəylərova Lalə Yaqub qızı, Manafov Vüsal Mirzəbəy oğlu, Nurməmmədova Tahir Sumbat oğlu və Səmədov Azər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı RMX-ya çatdırılıblar. Müalicələri davam etdirilir.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Bakı-Şəki martşrutu üzrə hərəkət edirmiş. Ölən və yaralananlar da elə Şəki sakinləri olublar. Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.10.04 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla