Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq?

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindan Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Bölgələrin hava durumuna gəlincə isə, oktyabrın 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, axşam saatlarında bəzi qərb rayonlarında və Lənkəran-Astara zonasında isə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, bəzi yerlərdə 28 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 12-17, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir.

Nazirlikdən verilən aqrometeoroloji şərhə görə, oktyabrın 14-16-da respublikanın rayonlarında hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperatur rejiminin bir qədər artacağı gözlənilir. Belə hava şəraiti bütün kənd təsərrüfatı işlərinin aparılması, o cümlədən məhsul yığımı, payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.

Tarix
2014.10.14 / 15:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla