Yuxarı

Azərbaycanlılar darda: Böyük köç başlaya bilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dərbənd əhalisinin sayı 150 min nəfərdən artıqdır. Burada azərbaycanlılar, avarlar, ləzgilər, yəhudilər və bir çox azsaylı xalqlar yaşayır. Burada məskən salan 32 xalqdan 14-nün adı Konstitusiyada var. Azərbaycanlılar da əsas xalqlardan biridir. Ümumilikdə əhalinin 60 faizini azərbaycanlılar təşkil edir. Son vaxtlarda isə bizə "buranı tərk edin" deyənlər meydana çıxıb. Yüz illərdir ki, Dağıstanın, eləcə də Dərbəndin yerli əhalisi azərbaycanlılar olub. Biz niyə dədə-baba yurdumuzu tərk etməliyik? Heç yerə gedən deyilik", - bunu Dərbənddə yaşayan azərbaycanlılar Axar.az-ın bu şəhərə ezam olunan əməkdaşına deyib.

Onların sözlərinə görə, sayca üstünlük təşkil etmələrinə baxmayaraq, ən çox təzyiqlərə, haqsızlıqlara məruz qalan da elə azərbaycanlılardır.

Dərbənd şəhər sakini Məhəmməd Əliyev deyir ki, azərbaycanlılara qarşı ayrı-seçkilik son vaxtlar daha qabarıq görsənir:

"Bu işlər planlı şəkildə həyata keçirilir. Məncə, onların məqsədi bizi buradan sıxışdırıb çıxarmaq, buranı özününküləşdirməkdir. Ötən ilin aprelində şəhərin mərkəzində ucaldılan Nizami Gəncəvinin heykəli sındırılıb. Bu il oktyabrın əvvəlində isə Böyük Vətən Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək həlak olan Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şəmsulla Əliyevin heykəli onun adını daşıyan parkdan götürülərək zibilxanaya atılıb. İndi də Dağıstanın prezidenti Dərbəndi tamamilə öz inhisarına, şəxsi mülkünə çevirmək istəyir".

Ramazan Abdullatipov-Qurban Qurbanov qarşıdurması

Şəhər camaatının verdiyi məlumata görə, bütün bu məsələlər ötən ilin sentyabrında Dağıstan prezidenti seçilən Ramazan Abdullatipovla Dərbənd rayonunun Bələdiyyə Şurasının (icra hakimi) rəhbəri olan milliyyətcə azərbaycanlı Qurban Qurbanovun qarşıdurmasından sonra başladı.

Sakin Nurullayevin sözlərinə görə, Abdullatipovun televiziyada "Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirəm ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinədir", - deməsindən sonra bu qarşıdurma başlayıb:

"İlk növbədə vəzifədə olan həmyerlilərimizi sıxışdırmağa başladılar. Bələdiyyə Şurasının rəhbəri Qurban Qurbanov hazırda ev dustağıdır. Heç yerə çıxa bilmir. Səbəb isə yoxdur. Abdullatipovun məsuliyyətsiz çıxışından sonra başçımız ev dustağı edildi. Q.Qurbanov 1998-ci ildən seçki yolu ilə Dərbənd şəhərinin başçısı seçilib. Ondan əvvəl isə 25 il Dərbəndə onun atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun Dərbəddə seçkilərdə qalib gəlməsinə əsas səbəb də azərbaycanlıların burada çoxluq təşkil etməsidir".

Vahid Hüseynovun sözlərinə görə isə Abdullatipovun əsas məqsədi Qurbanovu uzaqlaşdırıb, öz adamını Dərbənd rəhbərliyinə gətirmək və 2015-ci ildə planlaşdırılan özəlləşdirmə zamanı rayondakı əsas gəlir mənbələrinə sahib olmaqdır:

"Dərbənd çox strateji nöqtədir. Buradan dağlıq zonada yerləşən 12 rayona yol keçir. Dərbəndə nəzarət, həm də Mahaçqalaya nəzarət etmək deməkdir. Abdullatipov öz şəxsi maraqlarını güdür. Azərbaycanlıları özəlləşdirmədən kənarda saxlamaq istəyir. O, Dərbənddə olan Şəmsulla Əliyev adına olan Aqrokombinatına, Rusiyada üzümçülük üzrə lider kolxozuna, Dövlət Unitar Müəssisəsi olan üzümçülük kompleksinə, Qedjux üzümçülük və s. çoxsaylı belə komplekslərə əl qoymaq niyyətindədir. Dərbənddə Dağıstanda yığılan illik üzümün yarısı, tərəvəzin 30 faizi yetişdirilir. Çoxsaylı sosial-mədəni obyektlər var. Bütün bunlara nəzarət etmək istəyir".

Dərbənddə yaşayan azərbaycanlılar haqlarından vaz keçməyəcəklərini deyirlər:

"Bu bizim haqqımızdır. Əsrlər boyu yaşadığımız yerdən nə bizi qova, nə də hüquqlarımızı əlimizdən ala bilərlər. Biz Abdullatipovun qanunlarına baş əyməyəcəyik. Azərbaycanlıların öz torpaqlarından sıxışdırılıb çıxarılmasını, onların hüquqlarının pozulmasını sükutla qarşılamayacağıq".

Bakı-Dərbənd-Bakı

Tarix
2014.10.21 / 14:06
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla