Yuxarı

Xocalıda 613 nəfər öldürülməyib – Qandonduran iddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalıda azı 3813 nəfər qətlə yetirilib. 613 nəfərin meyiti tapıldığı üçün bu rəqəm hallanır.

Axar.az xəbər verir ki, bu barədə Hərbi Jurnalistlər Birliyinin sədri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları studiyasının direktor müavini Tamxil Ziyəddinoğlu məlumat paylaşıb. O bildirib ki, ermənilər qətliamın miqyasını gizlətmək üçün meyitləri yandırıblar:

“Erməni faşistləri 2000 Xocalı sakininin izini itirmək üçün meyitləri ayrı-ayrı yerlərdə toplayıb yandırıblar. 1200 nəfəri isə bataqlığa töküb batırıblar. Bunu özləri etiraf edirlər... Bu yanlışlığı düzəltmək lazımdır. O zaman Xocalıda 10 min əhali yaşayırdı, hanı o əhali?”

Qeyd edək ki, rəsmi məlumata görə, Xocalıda ermənilər 613 nəfəri qətlə yetirib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.

Tarix
2019.02.28 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla