Yuxarı

Zurabişvili Bolnisiyə gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:41

Gürcüstanın Kvemo Kartli bölgəsi çoxmillətli bölgədir. Bu bölgədə yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası çox vacibdir. Bunun üçün onlar dövlət dilini bilməli və biz onların gürcü dilini öyrənmələri üsullarını asanlaşdırmalıyıq.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili martın 19-da azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfəri çərçivəsində keçirdiyi görüşdə söyləyib. Dövlət başçısı deyib ki, Marneulidə gürcülərin, azərbaycanlıların və digər millətlərin birgə yaşaması faktı Qafqazın ümumi dəyəri olan bu ölkədə sülh, qarşılıqlı anlaşma, hörmət və tolerantlığın nümunəsidir.

Məlumat üçün qeyd edək ki, prezident seçildikdən sonra bölgəyə ilk dəfə səfər edən Salome Zurabişvili Marneuli meriyasında Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, merin vəzifələrini müvəqqəti icra edən Zaur Tabatadze, bələdiyyə sədri Amiran Giorgaze və yerli bələdiyyənin digər məsul şəxsləri ilə görüşüb.

Ölkə başçısı Marneulidəki Zurab Jvania adına gürcü dili tədris mərkəzinə baş çəkib və oradakı tələbələrin dərsləri ilə yaxından tanış olub. Prezident tələbələrlə söhbəti zamanı Kvemo Kartli bölgəsinin böyük potensiala malik olduğunu deyib.

Sonra Prezident Marneuli rayonunun Tamarisi kəndindəki 1 nömrəli məktəbin müəllim və şagirdləri ilə görüşüb. O, şagirdlərə müraciət edərək gürcü dilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bütün şagirdlər gürcü dilini mükəmməl səviyyədə bilməlidirlər. Burada azərbaycanlılar və gürcülər, eləcə də digər millətlər tolerant yaşamalıdır. Bu gün tolerantlığı bir dəyər kimi qorumaq çox vacibdir.

Sonra Gürcüstan Prezidenti Bolnisi rayonuna gedib.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartli bölgəsinin Marneuli rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri ilə tanış olub.

Martın 19-da Salome Zurabişvili Marneuli rayonunun azərbaycanlılar yaşayan Dəmyə-Görarx kəndindəki istixana təsərrüfatına baxıb, bölgə rəhbərliyi və kənd əhalisi ilə görüşüb.

Bildirilib ki, 2014-cü ildə yaradılmış istixana 2 hektar ərazini əhatə edir. Burada illik məhsuldarlıq 300-400 ton təşkil edir.

Dövlət başçısı regionda kənd təsərrüfatının inkişafının vacibliyini vurğulayıb, bu sahənin inkişafında kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının rolunu qeyd edib.

Sonra S.Zurabişvili Əzizkənd kəndində olub və buradakı "Hazır şitil” istixanasının fəaliyyəti ilə maraqlanıb.

İstehsal olunan məhsulun daxili bazarda satıldığı və xaricdə də bu məhsullara ehtiyac olduğu diqqətə çatdırılıb.

Gürcüstan Prezidenti bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və bunun üçün sərmayələrin cəlb olunmasının vacibliyini vurğulayıb.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinə səfəri çərçivəsində Bolnisi rayonunda yerli sakinlərlə görüşüb.

Report xəbər verir ki, görüşdə dövlət başçısı rayonun inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib.

S.Zurabişvili deyib ki, bölgədə bir sıra faydalı və maraqlı layihələr həyata keçiriləcək və bunun üçün insan resursları tələb olunur.

Bölgələrdə mədəni həyatın inkişaf etdirilməsindən danışan prezident Kvemo Kartlidə kitabxana, teatr, muzey və mədəni mərkəzlərin fəaliyyət göstərməsinin əhəmiyyətli olduğunu qeyd edib.

S.Zurabişvili Kvemo Kartlinin multietnik bölgə kimi inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb. O deyib ki, Kvemo Kartli bölgəsi Gürcüstanın tolerantlığının güclü nümunəsidir:

“Gürcüstandakı tolerantlıq turistlər üçün maraqlı ola bilər. Bölgəyə səfər edəcək turistlər Gürcüstanda müxtəlif etnik mənsubiyyətə məxsus insanların sülh şəraitində necə yaşadığını görə bilərlər”.

Dövlət başçısı bildirib ki, Kvemo Kartli bölgəsində yaşayan gənclər xaricdə təhsil proqramlarından yararlanmalıdırlar.

S.Zurabişvili Bolnisidə kiçik müəssisələrin fəaliyyəti ilə də tanış olub.

Tarix
2019.03.19 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla