Yuxarı

ABŞ-da miqrant şagirdlər də həbs edilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:58

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları zərurət yaranarsa, təhsil və tibb müəssisələrində sənədsiz miqrantları saxlaya biləcəklər.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üzrə təyin etdiyi məsul şəxs Tomas Homan deyib.

Jurnalistin "MS-13 (Mara Salvatrucha) dəstəsinin neçə üzvü 14-17 yaşındadır" sualına Homan belə cavab verib: "Çoxu yeniyetmədir".

T.Homan bildirib ki, ICE zabitlərinin səlahiyyətləri olmalıdır ki, milli təhlükəsizliyə və ya ictimai təhlükəsizliyə təhdid olduğunu dərk edərlərsə, o zaman həbs edə bilsinlər.

Qeyd edək ki, MS-13 kimi tanınan “Mara Salvatrucha” 1980-ci illərdə Los-Ancelesdə, Kaliforniyada yaranmış beynəlxalq cinayətkar dəstədir. Əvvəlcə dəstə Salvadorlu immiqrantları Los-Anceles bölgəsindəki digər dəstələrdən qorumaq üçün yaradılmışdı. Zaman keçdikcə dəstə daha ənənəvi cinayətkar təşkilata çevrildi.

Tarix
2025.01.26 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

Biri ləğv edildi: AMEA-da neçə institut qaldı?

İlham Əliyev Conatan Misneri qəbul etdi

Meymunçiçəyi ilə bağlı bu məlumat niyə gizli saxlanılır?

Kelloqdan pis xəbər – Bakı dərhal hazırlığa başlamalıdır

Orxanın atası: Edam olunanda gözlərinə baxmaq istəyirəm...

İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul etdi

İlham Əliyev Lukaşenkoya zəng etdi

Ruben Vardanyanın məhkəməsi başladı

İran-Azərbaycan sərhədində yeni terminal tikilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla