Yuxarı

Bakıda “Azərbaycan"sız qlobuslar satılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı bəzi ticarət mərkəzlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə həqarət olunan qlobuslar satılır.

Musavat.com xəbər verir ki, bəzi qlobuslarda Azərbaycan ərazisi ya yarımçıq göstərilib, ya da ümumiyyətlə əksini tapmayıb. Qlobusların birində işğal altındakı ərazilərimiz də gözə dəymir. Çin istehsalı olan qlobusların birində isə bölgə ölkələri, o cümlədən Gürcüstan və Ermənistanın adı, həmçinin xəritəsi əksini tapsa da, Azərbaycan “yaddan çıxarılıb”.

Satıcılardan bu barədə soruşduqda bildiriblər ki, belə qlobuslardan onsuz da az qalıb. Ancaq onlar bu barədə mal daşıyan şəxsləri məlumatlandıracaqlarını deyiblər. İstənilən halda, Azərbaycana qarşı həqarətin əks olunduğu qlobusun ölkəmizə gətirilməsi və alıcılara təklif edilməsi yolverilməzdir.

İnanırıq ki, müvafiq qurumlar dəftər ləvazimatlarının satışı ilə məşğul olan ünvanlarda qlobus və xəritələr, o cümlədən atlasları nəzərdən keçirəcəklər.

Tarix
2019.09.05 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla