Yuxarı

Daha bir deputata borc ittihamı: Ürəyində qaldı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir deputata borc ittihamı: Ürəyində qaldı...

Millət vəkili Çingiz Qənizadə bu gün saytların birində qardaşlarının və yaxın qohumlarının banka borcu olması barədə yayılmış məlumatlara aydınlıq gətirib.

Çingiz Qənizadə mətbuatdakı məlumatı oxuduqdan sonra qardaşı ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırıb və bununla bağlı Modern.az-a açıqlama verib.

“Bu gün saytların birində belə bir məlumat gedib ki, "Accessbank" mənim qardaşım - Gündüz Qənizadə və ona zamin durmuş Feyruz Qənizadə, M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.

Qeyd edim ki, mənim qardaşım Gündüz Qənizadə uzun illərdir Ağdaş rayonunda diş həkimi kimi fəaliyyət göstərir, 60 yaşı var. O, “Accessbank”dan bir neçə dəfə kiçik məbləğdə kredit götürüb və vaxtında qaytarıb. Yuxarıdakı məlumatda adı gedən qohumlarım isə kredit götürülərkən zamin duran şəxslərdir. Axırıncı kredit 17 min manat dəyərindədir və qardaşım kredit şərtlərinə uyğun olaraq, buna görə evini girov qoyub. Götürülmüş kredit onun həkimlik fəaliyyəti ilə bağlı lazımi texniki avadanlıqların alınması üçün nəzərdə tutulub. Məndə olan məlumata görə, o, kreditin bir hissəsini axırıncı inflyasiyaya qədər ödəyib. Sonrakı dövrdə bankla onun arasında fikir ayrılığı yaranıb .

Daha sonra bank qardaşım Gündüz Qənizadəni və yuxarıda adları keçən zamin durmuş digər şəxsləri mülki qaydada məhkəməyə verib. Sonra tərəflər arasında danışıqlar başlayıb və məhkəmədəki mülki iş baxılmamış saxlanılıb.

Onu da qeyd edim ki, bu gün yüz minlərlə insan hər hansı bir işini görmək üçün banklara üz tutur və burada qeyri-adi heç nə yoxdur.

Bu məlumatın mətbuata ötürülməsi görünür ki, məqsədyönlüdür. Hesab edirəm ki, bu informasiyanı mətbuata ötürərək mənim təmiz reputasiyama kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı”.

Tarix
2019.10.01 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN

ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski

Əli Kərimlidən sonra növbə kimindir?

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla