Yuxarı

Məhkumlar belə izləniləcək - Azərbaycanda ilk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkumlar belə izləniləcək - Azərbaycanda ilk

Azərbaycanda dünyada bir ilk olan ictimai işlərə nəzarət qurğusu fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda keçirdiyi ictimai təqdimatda nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. O bildirib ki, sözügedən qurğu artıq beynəlxalq tədbirlərdə nümayiş etdirilib:

"Bu qurğu dünyada böyük marağa səbəb olub. Nəzarət qurğusu bizim öz məhsulumuz və öz layihəmizdir. Artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür.

İctimai işlərə nəzarət qurğusunun mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Şəxs iş yerinə gəldikdə icitmai işlərə nəzarət qurğusunu işə salır. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri monitorinq mərkəzində göstərir. Həmin şəxs işi bitdikdən sonra qurğunu söndürür. Bu qurğu vasitəsi ilə biz həmin şəxsə tam olaraq nəzarət edirik. Bu sistem cəmi 2 aydı tətbiq edilir. Artıq bir neçə məhkum pilot rejimdə izlənilir. Göstəricilər isə 100 faizə yaxındır və hər hansı pozuntular aşkar olunmayıb".

Tarix
2019.11.20 / 13:11
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla