Yuxarı

27 il öncə yaranan partiya 26 ildir iqtidardadır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
27 il öncə yaranan partiya 26 ildir iqtidardadır - Foto

Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın yaranmasının 27-ci ildönümü ilə bağlı təntənəli toplantı keçirilib.

Axar.az xəbər verir ki, YAP sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın yaranma ideyası barədə danışıb. O qeyd edib ki, YAP-ın yaranmasından 6 ay keçdikdən sonra onun sədri Heydər Əliyevin Azərbaycanın prezidenti olması xalqın bu partiyanın ideyalarına, Heydər Əliyev şəxsiyyətinə olan etimadının bilavasitə ifadəsidir:

“YAP-a olan inam müstəqilliyin qorunması, ölkənin dağıdılması dilemmasının aradan qaldırılması kimi qəbul olunmalıdır. Əgər YAP yaranmasaydı, biz – Azərbaycan vətəndaşları tamam fərqli tale yaşamaq məcburiyyətində qalacaqdıq. YAP-ın yaranması Azərbaycanın bütün bəlalardan və təlatümlərdən xilas olmasına gətirib çıxardı. Heydər Əliyevin xilaskarlıq missiyasını xalq tarixi şans kimi qarşılayırdı. Tarix YAP-a bəslənilən ümidlərin özünü tamamilə doğrultduğunu təsdiqlədi. Ölkə iqtisadiyyatında baş verən tənəzzülün qarşısı alındı. Böyük islahatlar həyata keçiridi. Azərbaycan ərazilərinin işğalının davam etməsinin qarşısı alındı”.

Ə.Əhmədov qeyd edib ki, YAP yarandıqdan cəmi 6 ay sonra hakimiyyətə gəlib:

“27 yaşı olan partiya 26 ildir şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan bu gün dünyanın ən uğurlu gənc ölkəsi kimi qəbul olunur. İlk növbədə hər bir Azərbaycan vətəndaşı bu iqtidarın ölkəyə verdiyi faydaları görməkdə və qiymətləndirməkdədir. Bu gün Azərbaycan vətəndaşları dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birində yaşamaqları ilə fəxr edirlər”.

Ə.Əhmədov hazırda YAP üzvlərinin sayının 750 min nəfərə yaxın olduğunu qeyd edib və partiya üzvlərini təbrik edib.

Daha sonra YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edib.

Tarix
2019.11.21 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla