Yuxarı

Dövlət rəsmilərimiz Rusiyada anım mərasimində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət rəsmilərimiz Rusiyada anım mərasimində - Foto

Noyabrın 24-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib.

Anım tədbirində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər natiqlər çıxış edərək Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında xalqımızın rolundan danışıblar.

Bildirilib ki, müharibə zamanı 223-cü diviziya böyük qəhrəmanlıq yolu keçib, düşmənə ağır zərbələr vurub. Müharibədə həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80 faizi, motor yağlarının 90 faizi məhz Azərbaycanın payına düşürdü. Bu isə ölkəmizin Qələbənin qazanılmasında rolunun bariz nümunəsidir.

Tarix
2019.11.25 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla