Yuxarı

İTV Nəsirovu “əyilə-əyilə” qalmaqalına görə 3D-yə çəkdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə sürətli islahatlar kursu aparılırdı. Dövlət başçısının islahatlar kursunun dinamikasına o zamankı parlament uyğun gəlmirdi. İndi elə bir parlament olmalıdır ki, nəticə etibarilə bütün bu islahatların hüquqi bazasını formalaşdırsın və reallaşdırsın.

Axar.az xəbər verir ki, bunu İTV-də yayımlanan 3D verilişində qonaq olan 68 saylı Cəlilabad kənd seçki dairəsindən lider namizəd Elman Nəsirov deyib.

Aparıcı Dadaş Dadaşlinskinin 125 deputatdan 83-nün yenidən seçilməsini xatırladaraq, problemin digər 42 deputatda olması barədə sualına isə E.Nəsirov “Yenidən seçilən deputatlar çox gözəl dərk edir ki, bu dəfə olduqca aktiv və operativ olmaq lazımdır”, - deyə cavab verib.

E.Nəsirov seçkilərdəki hüquq pozuntularının qeydə alınması və beynəlxalq təşkilatların mövqeyi ilə bağlı aparıcının sualını da cavablayıb.

“68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyini irəli sürən 10 nəfər idik. Məndən əvvəl bu dairədən Mirkazım Kazımov deputat idi. Düşünürəm ki, çox şəffaf seçkilər keçirildi. Seçicilərlə görüşüm göstərdi ki, vətəndaşların böyük ümidi var və mənə inam bəsləyirlər. Mənim də birinci vəzifəm odur ki, o inamı doğruldum. Fəaliyyətim qane edəcəyi təqdirdə etimadları daha da yüksələcək. Qane etməyəcəyi təqdirdə isə növbəti seçkilərdə onlar səs verməyəcəklər.

AŞPA-nın və ATƏT-in qərəzli mövqeyi mövqeyinə gəldikdə isə deyə bilərəm ki, onlar hər zaman elə analoji mövqedən çıxış edirlər. Seçkilərdə neqativ hallar ola bilər. Bu, istisna deyil. Dünyanın heç bir yerində ideal keçirilən seçkilər yoxdur. Neqativ hallarla MSK məşğul olur. Onlar mövqelərini ortaya qoydular və bildirdilər ki, əgər ciddi hüquq pozuntuları qeydə alınarsa, qanun çərçivəsində adekvat, həm də çox sərt addımlar atacaqlar”.

E.Nəsirov səngərlə bağlı verdiyi qalmaqallı açıqlamasına da aydınlıq gətirib:

“Əsgərlərin səngərdə əyilə-əyilə getməsi barədə fikirlərimi konteksindən çıxarıb veriblər. Bu fikirin müəllifi Lələtəpədən tutmuş, Qazaxda, Tovuzda səngərdə olan insandır. Aprel döyüşlərindən sonra sosial şəbəkələrdə erməni əsgərlərinin səngərin küncünə yıxılmasını əks etdirən kadrlar yayılmışdı. Kadrda erməni zabiti səngərə daxil olanda bütün əsgərlər ayağa qalxıb salamlayır, yalnız biri ayağa durmur. Zabit səbəbini soruşduqda isə əsgərlər onun yaralanmadığını, psixoloji sarsıntı və qorxu keçirdiyini bildirir. Həmin əsgər səngəri tərk edən zaman əyilə-əyilə gedib. Bu kadrlarla bağlı mənim fikirlərim efirdən səsləndirdikdən sonra hətta erməni mətbuatında da mənə qarşı kampaniya başladıldı.

İkinci məsələ, bu gün müasir səngərlər də var. O səngərlərdə düz yeriyirlər, heç əyilməyə də ehtiyac yoxdur, hətta hərbi texnika da yerləşdirmək mümkündür”.

Tarix
2020.02.14 / 11:48
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla