Yuxarı

Bakıda təcili yardıma müraciətlər artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda təcili yardıma müraciətlər artdı

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi ilk gündə - iyunun 6-da Bakı şəhəri üzrə təcili tibbi yardıma edilən çağırışların sayı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib.

Onun sözlərinə görə, həftə sonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır:

"Həftənin orta günlərində bizim xətdə 139 briqada fəaliyyət göstərirdisə, şənbə və bazar günlərini nəzərə alaraq biz xəttə 155 briqada çıxarmışıq. Eyni zamanda həftəsonunda 103 çağrı mərkəzinə çağırışların sayının artacağanı nəzərə alaraq çağırış qəbulu üzrə tibb bacıları da tam çıxışla xidmət göstərir".

N.Fərzəliyeva qeyd edib ki, əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb:

"Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdiksə, sonuncu günün (şənbə günü - red) statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 300-ə çatıb".

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Tarix
2020.06.07 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla