Yuxarı

“Nar” 30 manat verib, koronanı yayır? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” 30 manat verib, koronanı yayır? - Açıqlama

Son günlər sosial şəbəkələrdə "Nar"ın evlərə 1 həftəlik aparat yerləşdirməsi və bunun müqabilində ev sahibinə 30 manat ödəniş etməsi barədə məlumat yayılıb. Məlumatda 5G şüasının sözügedən aparatla evlərə göndərildiyi və nəticədə koronavirusun ikinci dalğasının və kütləvi xəstəliklərin bu yolla yayılacağı iddia edilib.

Məsələ ilə bağlı “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentindən Axar.az-a bildirilib ki, sözügedən məlumat həqiqəti əks etdirmir:

“Votsap və Feysbuk sosial şəbəkələri üzərindən "Nar"ın zərərli 5G şüalarını yayan Vay-Fay cihazlarını evlərə paylanması ilə bağlı yayılan məlunatlar həqiqəti əks etdirmir. Bütün abunəçilərimizi məhsul və xidmətlərimizlə bağlı yalnız rəsmi sosial media səhifələrimizdə və veb-saytımızda yerləşdirilən məlumatlara əsaslanmağa çağırırıq”.

Qeyd edək ki, G5 texnologiyasının insanda nəfəs çatışmazlığı yaratdığı və ağciyərləri sıradan çıxardığı barədə qeyri-rəsmi məlumat yayılıb. İddia edilir ki, 5G həddən artıq şüalanma yaratdığı üçün təhlükəlidir. Hətta koronavirusun əslində 5G texnologiyasının fəsadı olduğu, buna görə də onun sınaqlarının Çində belə dayandırıldığı da bildirilmişdi.

Bu iddiaların heç biri rəsmən təsdiqlənməyib. Əksinə, 5G texnologiyasının Çin başda olmaqla, bir çox ölkələrdə sınaqları genişlənməkdədir.

Tarix
2020.06.22 / 22:43
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla