Yuxarı

Məhkəmə həbs edilən TSEK sədri barədə qərar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) sədri Katib Məmmədovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Axar.az xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qeyd edək ki, K.Məmmədov sentyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə gün öncə keçirilən əməliyyat zamanı saxlanılıb.

Onun vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Baş İdarədə Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulub, 5 sentyabr 2020-ci il tarixdə o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2020.12.25 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Orbanla səmimi dostluq münasibətləri... - Deputat

Türk liderlər Budapeştdə toplanır - Əliyev də iştirak edəcək

Özbəkistandan Azərbaycan vətəndaşlarına jest

Səfirliyimizə hücum edən şəxs edam olundu

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülhün imzalanması üçün 2 şərt var...

Lavrova İrəvanda şok: “Putin qatildir” şüarı ilə qarşılandı

Bakıda mühüm tədbir keçirildi

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla