Yuxarı

Bu gündən bu yollar bağlanır – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gündən bu yollar bağlanır – Siyahı

Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq, bu gündən 21 iyuna qədər Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Axar.az xəbər verir ki, Azadlıq Meydanından başlayacaq və orada başa çatacaq yol velosiped yarışı şəhər mərkəzində aşağıdakı küçə və prospektləri əhatə edəcək:

- Üzeyir Hacıbəyli küçəsi
- Bül-Bül prospekti
- Rixard Zorge küçəsi
- Rəşid Behbudov küçəsi
- Neftçilər prospekti
- Zərifə Əliyeva küçəsi
- Əziz Əliyev küçəsi
- İstiqlaliyyət prospekti
- Lermontov küçəsi
- Teymur Elçin küçəsi
- Mehdi Hüseyn küçəsi
- Parlament prospekti
- Landau küçəsi
- Abbasqulu Ağa Bakıxanov küçəsi
- Səməd Vurğun küçəsi
- Şəmsi Bədəlbəyli küçəsi
- İnşaatçılar prospekti
- Hüseyn Cavid prospekti

Yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti aşağıdakı saatlarda məhdudlaşdırılacaq:
19 iyun: 13.00 – 15.00
20 iyun: 05.30 – 21.00
21 iyun: 03.30 – 21.00

Yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Yalnız 19 iyun tarixində yol velosiped yarışının marşrutu ilə kəsişən yollarda nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Həmin yol kəsişmələrinə yol polisi tərəfindən nəzarət ediləcək.

Yarışın keçiriləcəyi gün gecə saatlarından etibarən yol velosipedi yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin parklanmasına icazə verilməyəcək. Yol velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar barədə tam məlumat xəritədə göstərilib.

Tarix
2015.06.19 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla