Yuxarı

ABB-dən “Anım günü” layihəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilib.

Axar.az xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında qısa məlumatlar ABB-nin yaratdığı https://yadedirik.az/ portalında toplanıb. Hər bir istifadəçi portala daxil olarkən səhifədə gördüyü Vətən müharibəsi şəhidinin şəklini öz sosial media hesablarında paylaşa bilər. Portalda axtarış funksiyası da yaradılıb. İstifadəçilər şəklini paylaşmaq istədikləri şəhidimizin ad və soyadını axtarış bölməsində yazmaqla onunla bağlı vizual və mətn məlumatlarını tapıb paylaşım edə bilərlər.

Şəhidlərimizin portalda yerləşdirilən fotoları və onlar haqqında məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytındakı açıq məlumatlar əsasında yerləşdirilib.

Növbəti mərhələlərdə portalda Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri haqqında məlumatların toplanması da nəzərdə tutulur. Layihənin davamında sənədli materiallar əsasında burada şəhidlərimiz haqqında daha geniş məlumatlar, tarixi oçerklər də yerləşdiriləcək. Beləliklə, https://yadedirik.az/ portalı şəhidlərimiz barədə ətraflı materiallarla zəngin, hər kəs üçün əlçatan məlumat bazasına çevriləcək.

Belə bir layihənin reallaşdırılmasında ABB-nin məqsədi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiram, onların mənəvi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi işinə töhfədir. ABB ümid edir ki, rəqəmsallaşma dövründə bu layihə şəhidlərimizin qəhrəmanlıq örnəklərinin təbliği baxımından faydalı olacaq.

Portal haqqında video.

Tarix
2021.09.27 / 17:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla