Yuxarı

Bakıda qaz xətləri su ilə doldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qaz xətləri su ilə doldu - Video

Bakının Sabunçu və Suraxanı rayonlarında vətəndaşların ehtiyatsızlığı nəticəsində qaz xətlərinin su ilə dolması qeydə alınıb.

"Azəriqaz"dan Axar.az-a verilən məlumata görə, son günlər havanın soyuması ilə əlaqədar istilik cihazlarının quraşdırılması işləri artıb.

Amma bəzi yerlərdə vətəndaş tərəfindən avadanlıqların quraşdırılması zamanı səhlənkarlığa yol verilir.

Əsasən Sabunçu və Suraxanı rayonlarında çoxmənzilli binalarda su xəttinin qaz xəttinə qoşulması nəticəsində şəbəkəyə su dolur, bu da qaz təchizatında problemlərə gətirib çıxarır. Birliyin əməkdaşları dərhal məsələyə reaksiya göstərib. İstər gecə, istərsə də gündüz saatlarında əməkdaşlarımız qaz təchizatının bərpası üçün səylə çalışıblar.

Abonentlərdən xahiş olunur ki, diqqətli olsunlar. Ən xırda səhlənkarlıq, yəni bu halda su xəttinin qaz xəttinə qoşulması avadanlıqların işlək dövrünü azaldır. Bundan başqa, belə hallar abonentlərin uzun müddət qazsız qalması ilə də nəticələnir.

Tarix
2021.10.13 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla